“Liverpul” son anda qərarını dəyişdi: Onu satmadı
Müdafiəçi Endryu Robertsonun Londonun “Tottenhem” klubuna transferi təxirə salınıb.
Aut.az xəbər verir ki, “Liverpul” rəhbərliyi son anda danışıqları dayandırmaq və şotlandlı oyunçunu “Enfild”də saxlamaq qərarına gəlib.
Bu barədə jurnalist Pol Coys məlumat verir. Mersisaydlılar “Tottenhem” rəhbərliyinə hazırkı şəraitdə təcrübəli oyunçunu buraxmağa imkan verməyəcəklərini bildirdilər. Əsas problem sol cinah müdafiəçisində alternativlərin olmamasıdır.
Robertson bu mövsüm “Liverpul”da 22 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
