Ona mərc edərdim, super sabit döyüşçüdür: Sabiq UFC çempionu Fiziyev haqqında
Keçmiş UFC çempionu Robert Uittaker Rafael Fiziyev və Maurisio Ruffi arasında qarşıdan gələn döyüşlə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki Fiziyev-Ruffi döyüşü 1 fevral gecəsi UFC 325 turniri çərçivəsində baş tutacaq.
Castin Pimblett üzərində qələbə qazandıqdan sonra Fiziyevin Qetxeyə məğlubiyyəti o qədər də qorxulu görünmür. Fiziyev-Ruffi döyüşü haqqında nə düşünürsünüz?
– Fiziyev əvvəlki döyüşündə çox metodik idi. Hətta il boyu 24/7 formada olan döyüşçü kimi görünür. Sanki istənilən vaxt qısa müddətdə döyüşə çağırıla bilər.
Rafael bəzən hündür rəqiblərindən uzaq məsafəli zərbələr alır. Bahamondes bundan yararlana bilməsə də, Ruffi bu strategiyadan istifadə edə bilir. Digər tərəfdən, Fizieyv rəqibini yerə yıxmaq üçün fürsətləri aşkar etməkdə ustadır. Fizieyv dözümlülük baxımından super sabit döyüşçüdür. O, döyüş zamanı heç vaxt təslim olmur, heç vaxt yavaşlamır.
Mən Fiziyevə mərc edirəm. O, müxtəlif yollarla döyüşə bilən istənilən yüngül çəkidə çətin rəqibdir. Düşünürəm ki, o, Ruffini, xüsusən də üç raund ərzində məğlub etməyə qadirdir.
Aut.az
