Dünya futboluDünya cempionatı

Fransa DÇ-2026-nı boykot edəcək?

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filip Diallo ABŞ-ın siyasətinə görə Dünya Kubokunun boykot edilməsi ehtimalı barədə danışıb.

Aut.az xəbər verir ki, Diallo bu barədə “Ouest France”a verdiyi müsahibədə bildirib:

“Mən siyasətlə idmanı qarışdırmamağın prinsipial tərəfdarıyam. İdman, mənşəyindən, dinindən və inancından asılı olmayaraq bütün insanların bir araya gələ biləcəyi bir yerdir.

Əlbəttə ki, dəyişən beynəlxalq vəziyyəti yaxından izləmək bizim məsuliyyətimizdir. Lakin bu gün Fransa Futbol Federasiyasının ABŞ-da keçiriləcək Dünya Kubokunu boykot etmək niyyəti qətiyyən yoxdur”.

Aut.az