Qaydasız döyüş

UFC-nin yeni çempionu Məhəmməddir – FOTO

İyulun 28-nə keçən gecə Mançesterdə UFC 304 turniri baş tutub.

Aut.az xəbər verir ki, gecənin əsas döyüşündə orta çəkidə UFC çempionu Leon Edvards və Belal Məhəmməd qarşılaşıb.

Mübarizə beş raundun hamısında davam edib və yekdil qərarla Məhəmməd qalib gəlib.

Beləliklə, Məhəmməd UFC-nin yarımorta çəkidə yeni çempionu olub.

Yada salaq ki, onların ilk döyüşü 2021-ci ilin martında baş tutmuşdu və istəmədən gözə zərbə vurulduğuna görə etibarsız elan edilmişdi.

İndi Məhəmmədin 24 qələbəsi, 3 məğlubiyyəti var. Edvards 26 döyüşün 4-də məğlub olub.

UFC-nin yeni çempionu Məhəmməddir - FOTO

Aut.az