Qaydasız döyüş

Makqreqor zorladığı qadının xərclərini də ödəyəcək

Nikita Handini zorlamaqda təqsirli bilinən irlandiyalı döyüşçü Konor Makqreqor qızın məhkəmə xərclərini ödəməlidir.

Aut.az xəbər verir ki, bu barədə RTE məlumat yayıb.

Makqreqor ona qarşı qaldırdığı iddiaya görə Handin hüquqi xərclərini ödəməlidir, lakin qız da məhkəmədə günahı tapılmayan ikinci müttəhim iştirak etdiyi üşün öz xərclərinin bir hissəsini ödəməlidir.

Makqreqor qərardan sonra yazdığı onlayn yazılara görə İrlandiya hüquq sistemi ilə də üzləşə bilər. O, apellyasiya şikayəti verməyi planlaşdırdığını və Handin vəkillərinin MakQreqorun cəzasına təsir edə biləcəyini söyləyib və məhkəməni tənqid edib.

Xatırladaq ki, münsiflər heyəti Makqreqoru 2018-ci ilin dekabrında Dublin otellərindən birində Nikita Handi zorlamaqda təqsirli bilib. Məhkəmə qərarına əsasən, Makqreqor zərərçəkənə 250 min avro məbləğində təzminat ödəməyə borcludur.

Aut.az