Boksun əfsanəsi Həbiblə döyüşməkdən imtina etdi: Səbəbini açıqladı
Əfsanəvi filippinli boksçu Menni Pakyao qarışıq döyüş növlərinin ulduzlarından birinə qarşı mümkün döyüşdən danışıb.
Aut.az xəbər verir ki, Pakyao bu barədəABB-nin mətbuat xidmətinə müsahibəsində deyib.
– Konor Makqreqora qarşı döyüş?
– Bəli, mümkündür. Amma mən bunu deyəcəyəm: gəlin faktları gözləyək.
– Digər MMA superulduzu Həbib Nurməhəmmədovdur. Makqreqor və ya Həbiblə döyüşmək arasında seçim etsəniz, kimi seçərdiniz?
– Makqreqor. Çünki o, çox danışır. Mən onu susdurmaq istəyirəm. Amma Həbib ciddi oğlandır, təvazökardır. O, ilhamvericidir. Bu, idman üçün yaxşıdır.
46 yaşlı Menni Pakyao peşəkar boksda 60 döyüş keçirib və onlardan 56-da qalib gəlib.
Aut.az
