İbrahimov rəqibini 36 saniyəyə boğdu
Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında MMA üzrə peşəkar idmançı Yüksəl İbrahimov uğur qazanıb.
Aut.az xəbər verir ki, həmyerlimiz slovakiyalı rəqibini 36-cı saniyədə boğucu fəndlə məğlub edərək qələbəyə nail olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.
Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda, K-1 və MMA üzrə yarışlarda iştirak edir.

