Fikrində qətidir: Bir milyard təklif etsəniz də…
Keçmiş dünya çempionu Tayson Fyuri rinqə qayıdacağı barədə yayılan şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, Fyuri Aleksandr Usikə ardıcıl ikinci dəfə uduzduqdan sonra boksu tərk etdiyini açıqlamışdı. Buna baxmayaraq, mütəxəssislər onun Entoni Coşua ilə döyüş naminə yenidən karyerasını bərpa edəcəyini proqnozlaşdırır.
“Rinqə qayıtmaq üçün heç bir səbəbim yoxdur. Artıq 37 yaşım var, son 25 il ərzində məni kifayət qədər döyüblər. Niyə yenidən buna getməliyəm? Mən bunu pul və titullar üçün edirdim. İndi onların hər ikisindən kifayət qədər var. İndi başa düşürəm ki, zirvəyə qalxmaq, orada qalmaqdan daha maraqlı idi.
İstəsəm, istənilən an boksa qayıda bilərəm. Amma sadəcə istəmirəm. Siz mənə bir milyard funt da təklif etsəniz, yenə də istəməyəcəyəm. Taleyimi sınağa çəkmək istəmirəm. Arzuladığım hər şeyə nail olmuşam və beynimlə bağlı problem yaşamadan yaşaya bilirəm. Hər kəs bunu deyə bilməz,” – deyə Fyuri “FurociTV”-yə müsahibəsində bildirib.
Aut.az
