Boks

Məşhur boksçu həbs olundu, deportasiya ediləcək: Görün səbəb nədir

Məşhur polşalı boksçu Anjey Vavjik (34-5, 20 KO) ABŞ-ın Florida ştatında saxlanılıb.

Aut.az xəbər verir ki, o, mağazada oğurluq edib, daha sonra isə polis əməkdaşına qarşı zorakılıq tətbiq etmədən müqavimət göstərib. Bu barədə “Ringpolska.pl” məlumat yayıb.

2023-cü ildə Vavjik Çikaqoda oğurluq ittihamı ilə həbs edilib. Hazırda oxşar hadisənin yenidən baş verməsi polşalı boksçunu ABŞ-dan deportasiya riski ilə üz-üzə qoyur. Donald Trampın yeni administrasiyasının immiqrasiya siyasətinin daha sərt olduğu da vurğulanır.

Hazırda 38 yaşı olan Anjey Vavjik peşəkar rinqdə debütünü 2006-cı ildə edib. Karyerasının ilk 10 ilində 33 qələbə qazanıb və cəmi bir məğlubiyyət alıb. Həmin məğlubiyyət WBA titulu uğrunda döyüşdə Aleksandr Povetkindən olub.

Vavjik Albert Sosnovski, Denni Uilyams, Fransua Botu və digər tanınmış boksçular üzərində qələbələr əldə edib. 2016-cı ildə Deontey Uaylderə qarşı döyüşə yaxın olsa da, narkotik testindən keçə bilmədiyi üçün bu qarşılaşma baş tutmayıb. O, rinqə yalnız 2022-ci ildə qayıdıb.

Qeyd edək ki, Lourens Okoli (23-1, 17 KO) Mozes İtaumiyə (13-0, 11 KO) çağırış edib.

Aut.az