Qaydasız döyüş

UFC-də rekord vurdu: 14 dəqiqə 10 saniyə

Braziliyalı ağır çəkili Qailton Almeyda 120 kq-a qədər çəki dərəcəsində rəqibiylə döyüşdüyü müddətə görə yeni UFC rekordunun sahibi olub.

Aut.az xəbər verir ki, San-Pauloda keçirilən son turnirdə o, Derrik Lyuisi yerdə 14 dəqiqə 10 saniyə saxlamaqla buna nail olub

Almeyda və Lyuis arasındakı görüş bütün 5 raund davam edib və yekdil qərarla braziliyalının qələbəsi ilə yekunlaşıb. Qailton üçün bu, ardıcıl 6-cı qalibiyyətdir.

Ümumilikdə onun qarışıq döyüş növləri üzrə 20 qələbəsi və 2 məğlubiyyəti var. Almeyda hazırda UFC ağır çəki dərəcəsində 9-cu yerdədir.