İllər sonra Dağıstandakı insidentdən danışdı: Çox pis adam idim
Keçmiş UFC çempionu Daniel Korme rəqibi ilə münaqişə yaşadığı Dağıstana ilk səfərindən danışıb.
Aut.az xəbər verir ki, Korme “YouTube” kanalı “Red Corner MMA”-ya bu haqda danışıb.
“Çılğın idim. Döyüş bitdi və mən hələ də ona işarə edirdim, çünki onunla döyüşün bitdiyini düşünmürdüm. Onun əlini sıxmaq istəmirdim. Aman Allahım, mən çox pis adam idim. O, üzümə bir yumruq vurdu, mən də ona yumruq vurdum”, – Kopme deyib.
Kormenin Dağıstandakı macəralarının köhnə videosu 2005-ci ilə, Kaliforniyadakı Amerika Kikboksinq Akademiyasında Həbib Nurməhəmmədovla qarşılaşmasından bir neçə il əvvələ təsadüf edir.
Aut.az
