Qaydasız döyüş

Mənim yanıma gəl: UFC çempionu İlon Maska müraciət etdi

İkiqat UFC çempionu Petr Yan amerikalı sahibkar və milyarder İlon Maska birgə məşq təklifi ilə müraciət edib.

Aut.az xəbər verir ki, Yan “X” sosial şəbəkəsində yazıb: “Hey, Mask, hələ də Mark Zukerberq ilə döyüşmək istəyirsən? Mən onun sparrinq partnyoru Merab Dvalişvilini məğlub etdim. Gəl mənimlə məşq et”.

Xatırladaq ki, Yan və Dvalişvili arasında revanş döyüşü dekabr ayında UFC 323-də baş tutub və rusiyalı boksçunun qələbəsi ilə başa çatıb.

Aut.az