İngiltərə

Cerrardın “Liverul”dan sonra sevimli komandası – İlk dəfə açıqladı

“Liverpul” un əfsanəsi Stiven Cerrard Premyer Liqada “qırmızılar”dan sonra ikinci sevimli komandasının adını çəkib.

Aut.az xəbər verir ki, Cerrard bu barədə “TNT Sports”a verdiyi müsahibədə danışıb.

“Düzünü desəm, burada xoş qarşılanmağıma təəccüblənirəm. Amma bu, olduqca uyğundur, çünki “Liverpul”u bir kənara qoysaq, ən çox “Nyukasl”ın titul qazanmasını istərdim.

Onlar Premyer Liqada mənim ikinci sevimli komandamdır. Bunu əvvəllər heç vaxt deməmişəm, amma həqiqət budur”.

Aut.az