Dünya futbolu

İranlı qadın futbolçular Türkiyə vasitəsilə qayıtdılar

Avstraliyanın ev sahibliyi etdiyi Qadınlar arasındaAsiya Kubokunda dövlət himnini oxumadığı üçün tənqidlərə məruz qalan İran millisi dünən axşam saatlarında ölkələrinə qayıtmaq üçün Türkiyə vasitəsilə vətənlərinə ayıdıblar.

Aut.az xəbər verir ki, Avstraliyadan Malayziyaya, daha sonra isə Omana gedən futbolçular dünən səhər İstanbul Hava Limanından təyyarə ilə yola düşüb. Günorta saatlarında İğdır Şehit Bülent Aydın Hava Limanına eniş edən komanda, Ağrının Doğubayazıt rayonundakı Gürbulak Sərhəd Keçid məntəqəsindən keçərək vətənlərinə çatıb.

Avstraliya, İrana qayıtdıqları təqdirdə işgəncəyə məruz qalacaqlarından qorxduqlarını deyən altı qadın futbolçuya və komanda rəsmisinə humanitar viza vermişdi. Beş oyunçu daha sonra təhdid edildikdən sonra sığınacaq ərizələrini geri götürərək ölkəyə qayıdıblar. Məlumata görə, iki oyunçu Avstraliyada qalıb.

Aut.az