Dünya futbolu

Polis onun oğlunu nəzarətə götürdü

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Con Valovic-Qaltye qeyri-qanuni agentlik fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə Fransa polisi tərəfindən nəzarətə götürülüb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, ilkin istintaq çərçivəsində Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları 6 nəfəri saxlayıb. İş Nitsa prokurorluğunun yurisdiksiyasındadır və hazırda şübhəlilərin və bu işdə iştirak edən şəxslərin evlərində axtarışlar aparılır.

Xatırladaq ki, Qətərin “Əl-Duhail” klubunun hazırkı baş məşqçisi Kristof Qaltye bu ilin iyulunda PSJ-ni tərk edib.

Aut.az