Messinin komanda yoldaşından etiraf: KDÇ üçün çox zəifik
“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets qarşıdan gələn klublararası dünya çempionatı haqda danışıb.
Aut.az xəbər verir ki, Buskets bu barədə Formula 1 Mayami Qran Prisində iştirak edərkən DAZN-ə bildirib.
“Aydındır ki, biz klublararası dünya çempionatında iştirak etmək səviyyəsində deyilik, lakin qrupda mübarizə aparmağa, növbəti mərhələyə keçməyə çalışacağıq. Çətin də olsa”, – Buskets bildirib.
Yenilənmiş klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. “İnter Mayami” A qrupunda “Əl Əhli”, “Porto” və “Palmeyras”la mübarizə aparacaq.
Aut.az
