Dünya futboluBasketbol

İki əfsanənin qucaqlaşması gündəm oldu – VİDEO

“Los Anceles Leykers”in ulduzu Lebron Ceyms Lionel Messinin “İnter Mayami”də debüt oyununa qatılıb.

Aut.az xəbər verir ki, ulduzlar matç başlamazdan əvvəl tribunalarda qarşılaşıblar. Bu anlar videoya çəkilib. Onları sadiq və mehriban dostlar kimi qucaqlaşıblar.

Qeyd edək ki, Messinin debüt oyununda “İnter Mayami” “Kruz Asul”a qalib gəlib – 2:1. Qələbə qolunu isə 90+4-cü dəqiqədə Messi vurub.