“Qarabağ” məğlub oldu
2023/2024 mövsümündə I Liqada mübarizə aparacaq “Şamaxı” yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb. Görüş “Şamaxı”nın qələbəsiylə başa çatıb – 2:0.
“Şirlər”in qollarını Elşad Tağıyev və Əli Mürsəlov vurub.
