FİFA bu iki kluba hər gün 20 min avro ödəyəcək: Bir il
“Almeriya” və “Selta”nın futbolçuları – İbrahima Kone ilə Cozef Aydu milli komandanın heyətində oynayarkən ciddi zədə aldıqları üçün FİFA- dan təzminat alacaqlar.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, “Almeriya” və “Selta” FİFA-nın klubların müdafiəsi proqramına uyğun olaraq təzminat alacaqlar. Bu proqrama əsasən, futbolçular milli komandaların müəyyən etdiyi tarixlərdə oynanılan oyunlar zamanı zədələnərsə, klublar ödəniş almaq hüququna malikdirlər.
Proqram hər zədələnmiş oyunçu üçün 7,5 milyon avro ödəməyi nəzərdə tutur. Bu məbləğ il boyu ödəniləcək, hər gün 20 548 avro klubun hesabına yatırılacaq.
Qana millisində oynayarkən Cozef Aydunun sol axilles vətəri yırtılıb. İbrahima Kone Mali millisində oynayarkən topuğundan zədə alıb.
Aut.az
