Avropa nəhəngləri onu istəyir
“Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres bir sıra Avropa komandaların maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildilir ki, “Mançester Yunayted” 22 yaşlı futbolçunu almaqda maraqlıdır. Erik ten Hag, Serxio Requilyon “Tottenham”ə qayıtmasından sonra üçün sol cinah müdafiəçisi ilə müqavilə imzalamasını istəyir.
“Qırmızı şeytanlar” üçün Qutyerresi transfer etmək asan olmayacaq. Çünki onunla “Mançester Siti” və “Real” kimi klublar maraqlanır.
Qutyerres bu mövsüm La Liqada “Jirona”nın heyətində 18 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
