İngiltərə

Salahın asılı olduğu oyun: Görün kimlə qarşılaşmaq istəyir

“Liverpul”un və Misir millisinin hücumçusu Məhəmməd Salah şahmata olan həvəsindən danışıb.

Aut.az xəbər verir ki, Salah keçmiş dünya çempionu, norveçli Maqnus Karlsenlə oynamaq istədiyini də etiraf edib.

“Mən şahmat oynayıram, bu oyundan asılıyam. Sözün əsl mənasında hər gün oynayıram”, – onlayn şahmat oynayan 31 yaşlı futbolçu “Sky Sports”a bildirib.

“Adımı və bəzi rəqəmləri yazıram, ona görə də bəziləri soruşur: “Sən Mo Salahsan?” “Bəli” cavabını verirəm, inanmırlar və yazırlar: “Yalan deyirsən”. Cavab verirəm: “Bəli, yalan deyirəm”.

Mən Maqnus deyiləm, amma yaxşı oynayıram. Maqnusla heç kimin şansı yoxdur. Amma ümid edirəm ki, bir gün oynayacağıq” deyən Salah reytinqinin 1400 civarında olduğunu bildirib.

Karlsen sosial şəbəkələrdən birində Salahı işarələyərək yellənən əlin emojisini qoyub.

Aut.az