La Liqa klubu ona görə hərəkətə keçdi
“Betis” vinger Antoninin mümkün müvəqqəti transferi ilə bağlı “Mançester Yunayted”lə ilkin məsləhətləşmələrə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İspaniya klubu 24 yaşlı futbolçun üçün transferi təklifini nəzərdən keçirir. Lakin maaş səviyyəsinin müəyyən çətinliklər yaratmasına baxmayaraq, klub futbolçunun komandanın oyun tərzinə mükəmməl uyğunlaşacağına əmindir.
Bu baxımdan, “Betis” əməliyyat şərtlərinin hər iki tərəf üçün məqbul olmasını təmin etməyə çalışacaq.
Qeyd edək ki, bu mövsüm Antoni bütün yarışlarda 13 matçda iştirak edərək 1 qol vurub. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Aut.az
