İngiltərə

Öz komandasının oyunlarına mərc edib – Qovuldu

“Suonsi” əməkdaşını komandanın matçlarına mərc etdiyinə görə cəzalandırıb.

Aut.az xəbər verir ki, “Sun”un məlumatına görə, Hyu Leyk 2018-2023-cü illər arasında müxtəlif oyunlara 2476 mərc edib.

Mətbuatda yayılan xəbərlərə görə, o, “Suonsi”yə 130 mərc edib. Ümumilikdə beş il ərzində demək olar ki, 92 min funt-sterlinq mərc edib və təxminən 7,5 min sterlinq itirib.

Leyk 12 ay futboldan uzaqlaşdırılıb və 1500 funt sterlinq cərimə olunub. Əvvəlcə diskvalifikasiyanın 3 ay olması nəzərdə tutulurdu, lakin ittiham tərəfi Leykin görüşlərin nəticələrinə təsir edə biləcəyini sübut edə bilib.

Leyk 2004-cü ildən “Suonsi”dədir. Klub 2011-2018-ci illərdə Premyer Liqada çıxış edib və 2013-cü ildə İngiltərə Liqa Kubokunu qazanıb.

Aut.az