Bojoviç “Neftçi”dən ayrılmasından danışdı
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç “ağ-qaralar”dan ayrılmasından danışıb.
Aut.az xəbər verir ki, monteneqrolu mütəxRusiya mətbuatına açıqlamasında deyib:
“Neftçi” ilə müqaviləm 1+1 illik idi. Amma növbəti mövsümdəki işimlə bağlı razılığa gəlmədik və mən komandanı tərk etdim”.
O bildirib ki, istənilən təklifi nəzərdən keçirməyə hazırdır: “Azərbaycan çempionatı yeni başa çatıb. Hazırda ailəmlə birlikdə Yunanıstanda məzuniyyətdəyəm. Buna görə də təkliflərə istirahətdən sonra baxacam. İstənilən variantı nəzərdən keçirəcəm, hər yerdə işləməyə hazıram. Rusiyaya da qayıda bilərəm”.
Qeyd edək ki, Bojoviç “Neftçi”yə 2023/24 mövsümünün ikinci yarısında rəhbərlik edib.
