İngiltərə

“Arsenal” icazə verdi: Bıçaq altına girdi

“Arsenal”ın müdafiəçisi Ben Uayt dizindən yüngül əməliyyat olunub.

Aut.az xəbər verir ki, klub millilərin oyunları zamanı yaranan  fasiləni nəzərə alaraq futbolçunun bıçaq altına girməsinə icazə verib.

Bu qərara səbəb uzun müddət futbolçunu narahat edən dizdəki dəhşətli diskomfort olub. Uayt “Arsenal”ın son matçlarında ağrı içində oynayıb.

Xatırladaq ki, futbolçu sentyabrda aldığı zədə səbəbindən “Arsenal”ın 5 matçını buraxmışdı.

Futbolçunun sağalma müddəti məlum deyil. Bu mövsüm Ben 12 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az