“Arsenal” döyüş pilotları ilə anlaşır: Görün Artetaya nədə kömək edəcəklər
“Arsenal”ın baş məşqçisi Mikel Arteta, oyunçuları ilə ünsiyyətini yaxşılaşdırmaq üçün Kral Hərbi Hava Qüvvələrinin qırıcı pilotlarından ibarət komanda gətirməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, ispan futbolçu mesajların meydanda oyunçularına çatdığı vaxtdan narazıdır. O, bütün daxili kommunikasiyaları təkmilləşdirmək üçün pilotlardan klubun ünsiyyət və məşq proseslərini təhlil etməyi xahiş etmək istəyir.
“Əminəm ki, əgər tək bir söz varsa, onlar 20 cümlə və ya 20 söz işlətmirlər. “Xeyr, külək bu istiqamətdən gəlir, ona görə də sola dönməlisən” – bum, sən öldün. Deməli, bu, sadəcə, bir söz olacaq”, – “The Telegraph” məşqçinin sözlərini sitat gətirib.
Arteta əvvəllər klubda qeyri-adi məşq üsullarından istifadə edib, oyunçuların sayıqlığını artırmaq üçün cibgirlərdən istifadə edib.
Aut.az
