İngiltərəDünya futbolu

“Yunayted”ə keçməyə razılaşdı

PSJ-nin hücumçusu Nuno Mendeş “Mançester Yunayted”ə keçməyə razıdır.

Aut.az “Foot Mercato”ya istinadən xəbər verir ki, onu Premyer Liqada Ruben Amorimin rəhbərliyi altında oynamaq variantı cəlb edir.

Qeyd olunur ki, Mendeş PSJ ilə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.

Mendes 2021-ci ilin yayında 38 milyon avroya “Sportinq”dən PSJ-yə keçib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 55 milyon avrodur.

Aut.az