Ferqyuson modeli: Görün ona hansı səlahiyyətlər verildi
Roberto De Dzerbiyə “Tottenhem”də xüsusi səlahiyyətlər veriləcək.
Aut.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, London klubu italiyalı mütəxəssisə daha çox şey həvalə edib: De Dzerbinin rolu daha geniş olacaq.
Baş məşqçiyə komandada Ser Aleks Ferqyuson modeli söz verilib. O, transfer siyasətində, inkişaf istiqamətinin müəyyənləşdirilməsində və uzunmüddətli planlaşdırmada iştirak edəcək.
Qeyd olunur ki, bu yanaşma müasir Premyer Liqa klub strukturlarından demək olar ki, silinib. Hətta “Mançester Siti”dəki Xosep Qvardiola da nisbətən dar çərçivələrdə fəaliyyət göstərir.
Bu arada, “Tottenhem” komandanın sadəcə məşqçi tərəfindən deyil, menecer tərəfindən idarə olunduğu bir quruluşa qayıdıb.
Aut.az
