İngiltərə

“Everton” onun qayıtdığını rəsmən açıqladı

“Everton” rəsmi saytında şotlandiyalı mütəxəssis Devid Moyesin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 61 yaşlı mütəxəssis 2002-2013-cü illərdə “Everton”un baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə onun rəhbərliyi altında “Everton” bütün turnirlərdə 518 oyun keçirib, 221 dəfə qalib gəlib, 134 dəfə heç-heçə edib, 163 dəfə məğlub olub.

Moyesin son iş yeri 2017-2018 və 2019-2024-cü illərdə rəhbərlik etdiyi “Vest Hem” olub.

İngiltərə çempionatında keçirdiyi 19 oyundan sonra “Everton”un 17 xalı var və hazırda 16-cı yerdədir.

Aut.az