“Liverpul” artıq çempionluğu bayram edə bilər
“Arsenal” Premyer Liqanın 34-cü turunda “Kristan Pelas”ı məğlub edə bilməyib – 2:2.
Aut.az xəbər verir ki, “topçular” hazırda lider “Liverpul”dan 12 xal geri qalır. Londan klubunun qarşıda 4, “qırmızılar”ın isə 5 oyunu var.
“Arsenal”ın hələ də nəzəri cəhətdən çempionluq şansı var. Lakin bu, son dərəcə kiçikdir. Qızıl medalları qazanmaq üçün Mikel Artetanın komandası qalan bütün matçlarda qalib gəlməlidir, “Liverpul”isə hər birində məğlub olmalıdır. Hətta bu ssenari ilə də mersisaydlıların top fərqinə görə londonluları qabaqlamaq şansı var.
Bununla belə, “Liverpul”un titulu rəsmiləşdirmək üçün aprelin 27-də “Enfild Roud”da keçiriləcək “Tottenhem”lə oyunda məğlub olmaması kifayətdir.
Aut.az
