De Xeanı istəyir? – Cavab verdi
“Nyukasl”ın baş məşqçisi Eddi Hau komandanın qapıçısı Nik Popun zədələnməsindən sonra ona əvəzləyici axtarmaları barədə yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, ingilis mütəxəssis transfer bazarında qapıçı axtarmadığını söyləyib:
“Mən mətbuatda qapıçılar və digər oyunçular haqqında çoxlu şayiələr görmüşəm. Bizim rəhbərlikdən belə tələbimiz olmayıb. Belə bir məsələ olsaydı, digər mövqeləri gücləndirərdik. Popun zədələnməsi digər qapıçılar üçün mövqelərini gücləndirmək üçün şansıdır”.
Xatırladaq ki, Nik Pope İngiltərə Premyer Liqasının 14-cü turunun “Mançester Yunayted”lə oyununda (0:1) çiynindən zədə alıb. İngilis qapıçı böyük ehtimalla əməliyyat olunacaq. Nikin təxminən dörd ay meydanlardan uzaq qalacağı gözlənilir.
Bir sıra nəşrlər “Nyukasl”ın “Mançester Yunayted”in keçmiş qapıçısı, hazırda azad agent olan David de Xeanı transfer etmək istədiyini yazıb.
