İngiltərə

Peplə görüşmədi: Belə reaksiya verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Çelsi”nin baş məşqçisi Maurisio Poçettinonun oyundan sonra onunla görüşməməyinə münasibət bildirib.

Aut.az xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən görüş 4:4 hesabı ilə başa çatıb. Matçdan sonra Poçettino Qvardiolanın əlini sıxmayıb, hakimlərin yanına gedərək onların işindən narazılığını bildirib.

“Problem deyil. Problem deyil. Bu mövzuda bir söz demək istəmirəm. Hər şey yaxşıdır. Emosiyalar bəzən mənim də başıma gəlir”, – jurnalist Simon Bajkovski “X” sosial şəbəkəsində (keçmiş Twitter) Qvardioladan sitat gətirib.

“Çelsi” hazırda 16 xalla İngiltərə çempionatının turnir cədvəlində onuncu yerdədir. “Mançester Siti” isə 28 xalla turnir cədvəlinə başçılıq edir.

Aut.az