Ulduz futbolçu müalicə alacaq: Qumar asılılığına görə
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali qumar asılılığından müalicə almaq üçün psixoloqa müraciət etmək niyyətindədir.
Aut.az xəbər verir ki, Futbolçu hesab edir ki, “daxili narahatlıqdan” xilas olmaq lazımdır. Tonali gələcəkdə eyni xəstəlikdən əziyyət çəkən gənclərlə ünsiyyət qurmaq üçün İtaliya Futbol Federasiyası ilə əməkdaşlığa hazırdır.
“Sağsağanlar”ın baş məşqçisi Eddi Hou bu məsələdə yarımmüdafiəçiyə kömək etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Tonali İtaliya futbolundakı mərc oyunları ilə bağlı yaranan qalmaqalın iştirakçılarından biridir.
