İngiltərə

Ulduz futbolçu bütün təklifləri rədd etdi: “Çelsi”də oynamaq üçün

“Mançester Yunayted”in vingeri Alehandro Qarnaço digər klublardan aldığı bir neçə təklifi rədd edərək Londonun “Çelsi” klubuna keçməyə üstünlük verib.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Xəbərə görə, argentinalı futbolçu artıq “zadəganlar”la şəxsi müqavilə şərtlərini razılaşdırıb və “Çelsi” onu transfer etməyə hazırdır.

Hazırda gözlənilir ki, Enzo Mareskanın planlarına daxil olmayan bir neçə oyunçu ilə vidalaşacaq “Çelsi” Qarnaçonun keçidini rəsmiləşdirəcək. Transfer bu yay baş tutmasa, 20 yaşlı argentinalı yanvarın transfer pəncərəsini gözləməyi planlaşdırır.

Qırmızı şeytanlar Qarnaçonu satmaqla 50 milyon funt-sterlinq qazanmağa ümid edirlər. Londonlular da öz növbəsində futbolçunu daha az məbləğə ala biləcəklərinə inanırlar. Bunun üçün “Çelsi” “Yunayted”i onun şərtləri ilə razılaşmağa məcbur etmək üçün transfer pəncərəsinin sonuna qədər gözləməyə hazırdır.

Aut.az