“Liverpul” Slota yeni tapşırıq verdi: Hədəflər nə olacaq?
“Liverpul” klubunun rəhbərliyi komandanın baş məşqçisi Arne Slota bildirib ki, diqqətini əsasən İngiltərə Kuboku və Çempionlar Liqasındakı çıxışlara yönəltsin.
Aut.az xəbər verir ki, Bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mersisaydlıların rəhbərləri cari mövsümü mütləq bir trofeylə başa vurmaq istəyirlər. Ötən yay transferlərə böyük məbləğdə vəsait xərcləndiyini nəzərə alsaq, bu istək təəccüblü deyil.
Premyer Liqa ilə bağlı isə Slota komandaya mövsümü ilk dördlükdə başa vurmaq tapşırılıb. Məqsəd Çempionlar Liqasına vəsiqə qazanmaq və böyük maliyyə itkilərindən qaçmaqdır.
Hazırda 29 turdan sonra “Liverpul” 48 xalla İngiltərə çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Bununla belə, böyük ehtimalla 5-ci yer də Çempionlar Liqasına vəsiqə verəcək.
Aut.az
