İngiltərə

MY-nin gənc ulduzu idman zalından paylaşım etdi: Görün orda kimlərin fotoları var

“Mançester Yunayted”in cinah oyunçusu Alejandro Qarnaço sosial mediadakı səhifəsində şəxsi idman zalının  necə göründüyünü nümayiş eləyib.

Aut.az xəbər verir ki, argentinalı futbolçu təkcə idman alətlərinə təxminən 5 min funt-sterlinq xərcləyib. Bununla belə, zalın əsas məqamı başqa yerdədir.

Divarlar əfsanələri şəkilləri ilə bəzədilib: Məhəmməd Əli, Maykl Cordan, Kriştiano Ronaldo və Lionel Messi. Təbii ki, Qarnaço , Ronaldo və Messi arasında öz şəklini yerləşdirərək, hamıya ən yaxşılar arasında olmağa can atdığını xatırladıb.

Xatırladaq ki, argentinalı futbolçu bu mövsüm Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində 23 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az