İngiltərə

Pul hazırdır, yayda ona görə mübarizəyə qoşulacaqlar

Gələn yay London “Arsenal”ı “Kristal Pelas”ın müdafiəçisi Mark Qehinin alınması uğrunda mübarizədə digər Premyer Liqa klubları ilə rəqabətə girəcək.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “topçular”ın baş məşqçisi Mikel Arteta şəxsən Qehenin alınmasında maraqlıdır və klub rəhbərliyi də futbolçunu bəyənir.

İspan mütəxəssis “qartallar”ın müdafiəçisində uzunmüddətli perspektiv görür. “Kristal Pelas”ın 23 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinqdən (57 milyon avro) çox tələb edəcəyi vurğulanır.

Bu mövsüm Mikel bütün turnirlərdə 11 qarşılaşmada iştirak edib. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, müdafiəçinin bazar dəyəri 35 milyon avrodur.

Aut.az