İngiltərə

Sponsor axtarırlar: ərəblərlə görüşdülər

London “Çelsi”si sponsor axtarışlarını davam etdirir.

İngiltərə mətbuatı iddia edir ki, bir gün əvvəl klub rəhbərliyi Səudiyyə Ərəbistanının “Riyadh Air” dövlət aviaşirkətinin nümayəndələri ilə uzunmüddətli sponsorluq müqaviləsi bağlamaq üçün görüşüb.

Mənbənin məlumatına görə, “Çelsi” xarici bukmeker kontoru ilə də danışıqlar aparıb. Londonluların yeni titul sponsoru seçimlərinə biomexanika mühəndisliyi firması “Infinite Athlete” də daxildir.

Xatırladaq ki, “Çelsi” Premyer Liqada dörd turdan sonra dörd xalla turnir cədvəlində 12-ci yerdədir. Londonlular yeni mövsümün ilk matçlarına titul sponsoru olmayan formalarda çıxıblar.

Aut.az