MY bəyanat yaymağa məcbur oldu
“Mançester Yunayted” “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Antoninin ailədaxili zorakılıqda günahlandırılması iddiası ilə bağlı açıqlama yayıb.
“Mançester Yunayted” Antoniyə qarşı ittihamları diqqətə çatdırıb və polisin araşdırma apardığını qeyd edib. Əlavə məlumat gözlədiyi üçün klub başqa şərh verməyəcək. Biz bu məsələyə ciddi yanaşırıq. Bu iddiaların və sonrakı hesabatların məişət zorakılığına məruz qalanlara təsirini başa düşürük”, – “Mançester Yunayted”in rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Xatırladaq ki, bir müddət əvvəl futbolçunun keçmiş sevgilisi Qabriela Kavallin onu məişət zorakılığında ittiham edib. Daha sonra Antoni yalan ittihamların qurbanı olduğunu bildirən bəyanat yaydı.
Aut.az
