İngiltərə

MY əməkdaşların bonuslarını kəsdi: 24 saat sonra isə futbolçuların arvadlarına…

“Mançester Yunayted” işçilərinin bonuslarını kəsib, amma bundan sonra futbolçuların arvadlarının şam yeməyinin xərcini  ödəyib.

Aut.az xəbər verir ki, Erik ten Haqın rəhbərlik etdiyi komanda mayın 25-də İngiltərə kubokunun finalında  “Mançester Siti” ilə qarşılaşacaq.

Ser Mettu Basbidən qalma ənənəyə uyğun olaraq , “Old Trafford” əməkdaşları “Uembli”yə və geri qayıtmaq üçün pulsuz biletlər, oyundan əvvəl nahar, oyundan sonra qonaqlıq və oteldə yerləşmə alırlar. Daha yüksək səviyyəli işçilər isə özləri ilə ailə və dostlarını da gətirə bilər.

Bununla belə, yeni investorlar tərəfindən verilən qərardan sonra, işçilərə e-poçt vasitəsilə pulsuz yalnız bir bilet alacaqları və stadiona getmək üçün 20 funt sterlinq gediş haqqı ödəməli olduqları, bütün digər imtiyazların ləğv edildiyi barədə məlumat göndərilib.

“Mançester Yunayted”in əməkdaşları sonradan öyrəniblər ki, bu bəyanatı göndərdikdən 24 saat sonra klub oyunçularını həyat yoldaşları və rəfiqələri üçün tədbirin təşkili ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Cümə günü qadınlar “San-Karlo” restoranına gediblər və onlara hədiyyələr – klubun loqosu olan çantalar təqdim olunub.

Aut.az