“Yunayted” müəyyənləşdirdi: Bu futbolçular toxunulmazdır
“Mançester Yunayted” rəhbərliyi transfer təkliflərini qətiyyən nəzərə almayacağı oyunçular dairəsini müəyyənləşdirib.
Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Mənbənin məlumatına görə, belə oyunçular arasında qapıçı Andre Onana , müdafiəçilər Lisandro Martinez və Dioqo Dalo, həmçinin yarımmüdafiəçi Kobbi Mainu, hücumçular Alexandro Qarnaço və Rasmus Hoylund var.
“Qırmızı şeytanlar”ın hətta Səudiyyə Ərəbistanının varlı klublarının maraqlandığı kapitan Bruno Fernandes üçün də təklifi nəzərdən keçirməyə hazır olduğu vurğulanır. Bununla belə, mankunianlıların 29 yaşlı futbolçu ilə əmək müqaviləsini uzadacağı ehtimalı daha yüksəkdir.
Həmçinin, “Mançester Yunayted”in yeni həmsahibi Cim Ratkliff komandanın baş məşqçisi Erik ten Haqın klubun transfer siyasətinə təsirini məhdudlaşdırmaq niyyətindədir.
Aut.az
