Rodri və ailəsi “Qızıl top”u qazanmağı belə qeyd etdi – VİDEO
Oktyabrın 28-də “Qızıl top”un mükafatlandırma mərasimi baş tutdu.
Bu il əsas fərdi mükafat “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə verildi.
Mərasimdən sonra 28 yaşlı futbolçu yaxınlarının əhatəsində “Limuzin”lə evinə gedib. Futbolçu və ailəsi mükafatı qazanmağı böyük coşqu ilə qeyd edib. “Mançester Siti”nin rəsmi hesabında avtomobildə çəkilən video da paylaşılıb.
Ötən mövsüm Rodri klub səviyyəsində 50 oyun keçirib, 9 qol vurub və 14 məhsuldar ötürmə edib. O, “Siti” ilə birlikdə Premyer Liqa, Klublararası Dünya Çempionatı və UEFA Super Kubokunun qalibi olub, İspaniya millisinin tərkibində Avropa çempionu olub.
Aut.az
