“Boksinq dey”in təqvimi açıqlandı: Azarkeşlər sevindi, futbolçular qəzəbləndi
İngiltərə Premyer Liqasında “Boksinq dey”in oyun cədvəli açıqlanıb.
Aut.az xəbər verir ki, bu, azarkeşlərdən fərqli olaraq, bir sıra komandaların və futbolçuların hiddətinə səbəb olub. Səbəb əsas bayram günlərinə oyunların təyin edilməsidir.
Premyer Liqa həm Milad, həm də yeni il bayramı günündə görüş olacağını bildirib. “Çelsi” – “Vulverhempton” oyunu dekabrın 24-də, “Liverpul” – “Nyukasl” qarşılşaması isə yanvarın 1-keçiriləcək.
Bayram matçlarının digər hissəsi dekabrın 22-i, 23-ü, 26-ı, 27-i, 28-i, 30-u, 31-i və yanvarın 2-də də baş tutacaq.
İngilitərə Peşəkar Oyunçulara Dəstək Assosiasiyası da təqvimi qəbuledilməz adlandırıb.
Aut.az
