Tuxel Noyerdən danışdı: Həqiqətən qayıdır?
“Bayern”nın baş məşqçisi Tomas Tuxel qapıçısı Manuel Noyerin ağır zədədən qayıtdığını təsdiqləyib:
Aut.az xəbər verir ki, o, futbolçunun “Darmştadt”la sabah baş tutacaq matçda meydanda olacağını deyib:
“Manuel Noyerlə oyuna start heyətində başlayacaq. Onu kimi biz də bunu həqiqətən səbirsizliklə gözləyirdik”.
Münhen klubunun 37 yaşlı kapitanı 11 aydır ki, futbol oynamır. Onun son rəsmi oyunu 2022-ci il dekabrın 1-də Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində olub. Ondan sonra Manuel xizək sürmək üçün dağlara gedib və ayağını sındırıb.
Onun yoxluğunda “Bayern”in qapısını Sven Ulrayx qoruyub. Bu mövsüm o, 12 oyun keçirib və 15 qol buraxıb.
Aut.az
