Dünya futboluAlmaniya

Ulduz futbolçu rəsmən Ronaldonun komanda yoldaşı oldu

“Bavariya” yarımmüdafiəçisis inqsli Komanın “Əl-Nəsr”ə keçidini rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, Fransa yığmasının üzvü 2015-ci ildən Münhen klubunda çıxış edirdi. Bu müddətdə Koman doqquz dəfə Almaniya çempionu olub, 2020-ci ildə isə Çempionlar Liqasını qazanaraq finalın yeganə qolunun müəllifi kimi tarixə düşüb. Ümumilikdə, “Bavariya” ilə birlikdə hücumameyilli yarımmüdafiəçi 21 titul əldə edib.

Koman “pivəçilər”in heyətində 339 rəsmi oyuna çıxıb, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.

29 yaşlı futbolçu Kriştiano Ronaldo ilə birlikdə Səudiyyə Ərəbistanında çıxış edəcək. “Əl-Nəsr” onunla 2028-ci ilədək müqavilə imzalayıb. “Transfermarkt” portalının məlumatına görə, keçidin məbləği 25 milyon avro təşkil edib.

Aut.az