Mbappedən təsirli vida paylaşımı
PSJ-nin hücumçusu Kilian Mbappe Marko Verrattinin Qətərin “Əl-Ərəbiyə” klubuna getməsinə münasibət bildirib.
Bundan əvvəl tərəflər arasında 3 illik müqavilə bağlandığı məlum olub. İnsayderlərə görə, transferin məbləği 45 milyon avro təşkil edib.
“Müstəsna oyunçu və insan. Bütün bu illər sizin yanınızda olmaq şərəf idi. Bu böyük zövq idi. Burada keçirdiyiniz vaxt heç zaman unudulmayacaq və ya diqqətdən kənarda qalmayacaq. Gördüyüm ən yaxşı oyunçulardan biri. Sağ ol dostum, sənin üçün çox darıxacağam”, – Mbappe sosial şəbəkədə yazıb.
Verratti “Peskara”nın yetirməsidir. 2012-ci ildən PSJ-də çıxış edirdi. O, komandanın tərkibində 9 qat Fransa çempionu olub.
30 yaşlı futbolçu İtaliya millisi ilə 2020-ci ilin Avropa çempionudur.
Aut.az
