Dünya futbolu

Messi debüt qolunu vurdu, Argentina…

Bu gün, iyulun 10-da Argentina millisi Amerika Kuboku-2024-ün yarımfinal matçında Kanada millisinə qalib gəlib.

Aut.az xəbər verir ki, “MetLife” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Lionel Messi komandasının ikinci qolunu vurub. Bu, onun turnirdə debüt qolu olub.

37 yaşlı futbolçu 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatından başlayaraq ardıcıl on böyük turnirdə qol vurub. Ümumilikdə Messi bu müddət ərzində 27 qol vurub.

Argentina finalda Uruqvay-Kolumbiya cütünün qalibi ilə oynayacaq. Final görüşü iyulun 15-də keçiriləcək.

Aut.az