Həbs edilən idman jurnalistinin qohumları Zidandan kömək istəyirlər
Bazar günü fransız idman jurnalisti Kristof Qleyz Əlcəzairdə 7 il həbs cəzasına məhkum edilib.
Aut.az xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, ittihamlar arasında Əlcəzair hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınan Kabil Özünüidarə Hərəkatının (MAK) liderlərindən biri ilə danışıq, “terrorizmi tərifləmək” və “milli maraqlara zərər vuran təbliğat nəşrlərinə sahib olmaq” daxildir. Nəticədə Qleyz həbsxanaya göndərilib.
Diplomatik səylərin nəticəsizliyi və ümidsizliyi üzündən ailə həm mətbuata, həm də idman ictimaiyyətinə səslənib.
“France 2” kanalının xəbər bülletenində iştirak edən jurnalistin qayınatası Zinəddin Zidandan kömək istəyib:
“Zinəddin Zidan mübarizəyə qoşulsaydı, çox yaxşı olardı. Bu, mətbuat azadlığı uğrunda mübarizədir, amma bu həm də futbol dünyası üçün mübarizədir. Jurnalistlər hərəkətə keçiblər, amma biz idman dünyasının da bunu etməsini istəyirik. Kristof idman jurnalistidir; idmanla maraqlanır. Deməli, bu vəziyyət idman dünyasına birbaşa təsir edir”.
Aut.az
