“Qızıl top”un qalibi Xorvatiya nəhəngini çalışdıracaq?
51 yaşlı italiyalı mütəxəssis Fabio Kannavaro Zaqreb “Dinamo”sunun baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, futbol insayderi Fabritsio Romanonun sözlərinə görə, Xorvatiya klubu artıq baş məşqçi Nenad Bjelikanın istefaya göndərilməsi ilə bağlı iclas keçirib və onun gələcək taleyinə yaxın vaxtlarda qərar veriləcək.
Klubdakı mənbələr də rəhbərliyin artıq Kannavaro ilə əlaqə saxladığını və ona sərfəli müqavilə təklif etməyə hazır olduğunu təsdiqləyir.
Fabio Kannavaro futbolçu karyerası ərzində “Parma”, “İnter”, “Yuventus” və “Real Madrid”də çıxış edib, “qızıl top”u qazanıb. O, İtaliya millisində 136 oyun keçirib və 2 qol vurub.
Kannavaronun məşqçi kimi son iş yeri İtaliyanın “Udineze” klubu olub.
Aut.az
