İtaliya

“Milan” portuqalı qovdu, portuqalı gətirdi

İtaliyanın “Milan” klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

Aut.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Roma” ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra istefa verdiyini açıqlayıb.

“Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim”.

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan “Milan”da işləyirdi.

Aut.az